ABŞ və müttəfiqləri ərzaq böhranına cavab hazırlayır

ABŞ və müttəfiqləri ərzaq böhranına cavab hazırlayır
# 24 may 2022 07:25 (UTC +04:00)

ABŞ Ukraynada gedən müharibə fonunda yaranan ərzaq böhranına tərəfdaşları ilə birgə cavab verəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Tokioda keçirilən Dördtərəfli Təhlükəsizlik Dialoqu liderlərinin sammitində deyib.

Co Baydenin sözlərinə görə, böhranı Rusiya daha da gücləndirir.

Çünki Ukraynanın milyonlarla ton taxıl ixracına əngəllər var.

ABŞ lideri bildirib ki, ərzaq böhranı dünyanın hər yerinə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR