ADA Universitetində beynəlxalq festival keçirilib - FOTO

ADA Universitetində beynəlxalq festival keçirilib  - FOTO
# 17 iyun 2022 11:41 (UTC +04:00)

Bu gün ADA Universitetində 40-yaxın ölkənin nümayəndələri və səfirliklərinin iştirakı ilə ənənəvi beynəlxalq festival keçirilib.

APA xəbər verir ki, festivalda universitetin yerli və xarici tələbələrini, ADA icması üzvlərini bir araya gətirən ölkələrin mədəni xüsusiyyətləri, zəngin irsi nümayiş etdirilib.

Universitetin multikultural dəyərlərini və buradakı beynəlmiləl mühiti əks etdirən festivalda xarici ölkələri təmsil edənlər onlar üçün ayrılmış xüsusi stendlərdə mədəni irsləri barədə məlumat verib, medianı və qonaqları maraqlandıran suallara cavab veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR