ADA Universitetində İtaliya Dizayn Günü keçirilib - FOTO

ADA Universitetində İtaliya Dizayn Günü keçirilib - FOTO
# 24 may 2022 18:47 (UTC +04:00)

ADA Universitetində İtaliya Dizayn Günü keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında Azərbaycan və İtaliya arasında təhsil, mədəni sahədə yaxın əlaqələrə toxunub.

Rektor çıxışında təxminən bir ay əvvəl İtaliyanın xarici işlər naziri Luici Di Maionun Azərbaycana səfərini xatırladıb və əlavə edib ki, bu səfər çərçivəsində ADA Universitetində Azərbaycan-İtaliya ortaq universitetinin əsası qoyulub: “Dizayn anlayışı İtaliya ilə çox yaxındır və bu iki söz bir-biri ilə assosiasiya olunur. Bu sahədə əməkdaşlıq vacibdir”.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxışında dayanıqlı, ekoloji keçidi dəstəkləyən urbanizasiyaya toxunub. O deyib ki, 7-12 iyunda İtaliya beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Daha sonra məşhur italiyalı arxitektor, dizayner Michele De Lucchi təqdimat edib. O bildirib ki, arxitektura sadəcə texniki elm deyil, idealistik elmdir və idealistik yanaşma tələb edir.

İtaliya Dizayn Günü 2022-nin səfiri, "Maire Tecnimont"un Rusiya və Xəzər regionu üzrə koordinasiya rəhbəri Gianni Bardazzi təqdimatla çıxış edib. O, “Maire Technimont” şirkəti barədə məlumat verib və bildirib ki, şirkət çox sayda ölkələrlə əməkdaşlıq edir və onlar arasında Azərbaycan da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR