AEM saxta Ozempik dərmanı ilə bağlı əhaliyə müraciət edib

AEM saxta Ozempik dərmanı ilə bağlı əhaliyə müraciət edib
# 18 yanvar 2023 17:53 (UTC +04:00)

2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması haqqında məlumat vermişdik.

Analitik Ekspertiza Mərkəzindən APA-ya verilən xəbərə görə, hazırda apteklərdə monitorinqlər aparılır. Analitik Ekspertiza Mərkəzinin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb. Buna baxmayaraq, pasiyentlərin məlumatlılığını artırmaq və gələcəkdə belə halların qarşısını almaq məqsədilə saxta və orijinal preparatların fərqləndirici xüsusiyyətlərini bir daha nəzərinizə çatdırırıq:

Saxta preparat

İçlik vərəqə – Yalnız İngilis dilində

Dərmanın qutusunun üzrəində olan yazılar Ərəb dilindədir

Şpris-qələm: Dozalanma şkalasında dozaların 80 vahidə qədər rəqəmlə qeyd olunması

Made in Egypt (Misir istehsalı)

Orijinal preparat

İçlik vərəqə iki dildədir: Azərbaycan və İngilis dilində. İngilis dilində içlik vərəqə qutunun içində, Azərbaycan dilində olan içlik vərəqə qutunun üzərində əlavə olunub. Azərbaycan dilində içlik vərəqəsinin olması mütləqdir!

Dərmanın qutusunun üzərində olan yazılar İngilis dilindədir

Şpris-qələm: Dozalanma şkalasında dozaların milliqramla 3 addımda, yəni 0.25, 0.5 və 1.0 kimi qeyd olunması

Made in Denmark (Danimarka istehsalı)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR