Ağcabədidə 20 vətəndaşın problemi dinlənilib - FOTO

Ağcabədidə 20 vətəndaşın problemi dinlənilib - FOTO
# 02 iyun 2022 17:09 (UTC +04:00)

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin Ağcabədi xidmət sahəsində təşkil olunan növbəti "Açıq mikrofon" aksiyasında 20 vətəndaşın problemi dinlənilib.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Regional İdarənin rəisi Azay Muxtarov vətəndaşların qaz təchizatı ilə bağlı ünvanladıqları müraciətləri cavablandırıb. Vətəndaşlar görüş zamanı sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qeyri-yaşayış sahəsində ad dəyişikliyi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ediblər.

Bundan əlavə, "Səyyar qəbul otağı"nın imkanlarından Sarıcalı, Hacılar, Poladlı, Taylan kəndlərinin sakinləri də istifadə ediblər. Vətəndaşlar bu kəndlərin qazlaşdırılması ilə bağlı ünvanladıqları müraciətlərin SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna çatdırılmasını xahiş ediblər. Daxil olan hər bir müraciətin araşdırılması üçün aidiyyatı üzrə yönləndiriləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR