Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib - FOTO

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib - FOTO
# 20 yanvar 2023 17:43 (UTC +04:00)

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib.

APA xəbər verir ki, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahından başlayan yürüşdə ziyarətçilər əvvəlcə Şəhidlər xiyabanına gedib, şəhidlərin ruhuna dualar oxunub, məzarlarına gül dəstələri qoyulub və xatirələri bir dəqiqəlik sükutla yad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR