“Ailə həkimi haqqında” qanun layihəsi hazırlanması təklif olunub

“Ailə həkimi haqqında” qanun layihəsi hazırlanması təklif olunub
# 20 sentyabr 2022 15:59 (UTC +04:00)

“Ailə həkimi haqqında” qanun layihəsi hazırlanmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, belə qanun layihəsinin hazırlanmasına ehtiyac var: “Artıq TƏBİB-ə də yeni rəhbər təyin edilib. İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi TƏBİB rəhbərliyi ilə görüşərək bu qanun layihəsinin hazırlanmasına başlanmalıdır. Bu sahədə cavabdeh komitənin üzvü Məlahət İbrahimqızıdır. Beynəlxalq təcrübədə də bu var".

Əhliman Əmiraslanov qeyd edib ki, icbari tibbi sığorta tətbiq olunan müəssisələrə komitə üzvləri ilə birlikdə getmək lazımdır: "Artıq xəstəxanaların bir çoxu birləşib. Bu xəstəxanalara gedənlər arasında narazı olan insanlar da var. Biz gedib yerindəcə bununla bağlı araşdırma aparmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR