Akademik: Prezidentin son Fərmanı elm və ali təhsilin inkişafına böyük xidmət göstərəcək

Dilqəm Tağıyev

© APA | Dilqəm Tağıyev

Foto al #
# 29 iyul 2022 12:51 (UTC +04:00)

Prezident İlham Əliyevin Fərmanı gözlənilən idi.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev deyib.

O bildirib ki, həyat bir yerdə dayanmadığı kimi, elm də bir yerdə dayanmır.

“Yeni çağırışlar, yeni problemlər ortaya çıxır. Son vaxtlar Respublikanın həyatında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı elmin də qarşısında, o cümlədən AMEA-nın da qarşısında yeni vəzifələr qoyur. Fərmanla əlaqədar olaraq AMEA bütün gücünü sərf edəcək ki, elmin irəliyə daha böyük addımlarla getməsini təmin etsin. AMEA-nın uğurları az deyil. Bunu etiraf etmək lazımdır. Amma bir yerdə dayanmaq özü geriyə getməyə bərabərdir. Ona görə biz hesab edirik ki, olana qane olmaq yox, daha da irəliyə getmək, inkişaf etmək lazımdır. Bu baxımdan ali təhsillə elmin birgə inteqrasiyası, bunun real zəmin əsasında olması ümumiyyətlə, Azərbaycanda elminin də, ali təhsilin də inkişafına böyük xidmət göstərəcək. Çünki elmin və ali təhsilin cəmiyyətin inkişafında qoşa qanad olması artıq heç kimdə şübhə yaratmır. Amerika Senatı bu qərara hələ 1960-cı illərdə gəlmişdi. Doğrudan da həyat göstərir ki, elm və ali təhsilin birgə inteqrasiyası, onların yeni səviyyədə qurulması cəmiyyətin inkişafında böyük rol oynayacaq. Mən əminəm ki, AMEA-nın alimləri, elmi işçiləri bütün güclərini sərf edəcəklər ki, bu fərman yerinə yetirilsin”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR