Akademik Zülfüqar Məmmədov adına xəstəxananın baş həkimi işdən çıxıb

Akademik Zülfüqar Məmmədov adına xəstəxananın baş həkimi işdən çıxıb
# 06 noyabr 2022 20:40 (UTC +04:00)

Gəncədə Akademik Zülfüqar Məmmədov adına xəstəxananın baş həkimi işdən azad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, xəstəxananın baş həkimi Qafar Niyazi oğlu İbrahimov ötən gün işdən çıxıb.

O, öz ərizəsi ilə işdən uzaqlaşıb.

Qeyd edək Q.İbarhimov 5 ildən artıq idi ki, sözügedən tibb ocaqında rəhbər kimi çalışırdı.

Xəstəxanaya yeni baş həkim də təyin edilib.

Həmin vəzifəni Quliyev Azad İlyas oğlu icra edəcək.

Qeyd edək ki A.Quliyev əvvələr də sözügedən xəstəxananın və Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR