Akif Əlizadə cihazlara görə tutulan gömrük rüsumlarından şikayətlənib

Akif Əlizadə cihazlara görə tutulan gömrük rüsumlarından şikayətlənib
# 27 aprel 2022 13:57 (UTC +04:00)

Yeni bir atlasın yaradılması nəzərdə tutulub.

APA xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında Akademiyanın sabiq prezidenti, akademik Akif Əlizadə deyib.

O bildirib ki, Azərbaycan ərazisində canlı aləmin inkişafını özündə əks etdirən yeni bir atlasın yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə, bu atlas Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin ortaq layihəsi olacaq.

Akif Əlizadə Təbiət Tarixi Muzeyinin hazırkı vəziyyətinə də toxunub: “O muzeyin dəyəri böyükdür, amma, təəssüf ki, vəziyyəti acınacaqlıdır. Hesab edirəm ki, Təbiət Tarixi Muzeyinin keyfiyyətli bir məkana ehtiyacı var”.

Eyni zamanda, Akif Əlizadə deyib ki, yeni Elm strategiyası qəbul olunmalıdır:

"2009-2015-ci ili özündə ehtiva edən Elm strategiyasından sonra yenidən yeni strategiyanın qəbuluna ehtiyac var. Bu strategiya qəbul olunmasa, akademiya gömrüklə bağlı əziyyət çəkir. Çünki hazırda adi bir cizahin ölkəyə daxil olması üçün onun qiymətinin 40 faizinə yaxın rüsum tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR