“Akkuzid” dərmanının bir seriyası geri çağrılıb

“Akkuzid” dərmanının bir seriyası geri çağrılıb
# 24 iyun 2022 17:53 (UTC +04:00)

Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, EJ7126 seriya ilə buraxılmış son istifadə tarixi 31.01.2023 olan “Akkuzid” ticarət adlı quinapril - 20 mg (as quinapril hydrochloride - 21.664 mg), hydrochlorothiazide - 12.5 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşmada dərman vasitəsi, istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı veriib.

Bu barədə APA-ya Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

Bildirilib ki, sözügedən dərman vasitəsinin yalnız EJ7126 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR