Aktiv məşğulluq tədbirləri ilə əhatə olunan şəxslərin sayı açıqlanıb

Aktiv məşğulluq tədbirləri ilə əhatə olunan şəxslərin sayı açıqlanıb
# 14 may 2022 11:04 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 24 674 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə APA-ya Nazirlikdən xəbər verilib.

Bildirilib ki, onlardan 13 736 nəfəri münasib işlərlə təmin edilib, 4325 nəfər kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Həmçinin, Agentlik tərəfindən 1023 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə başlanılıb.

Yanvar-aprel aylarında 5590 şəxs isə peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR