Aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin sayı açıqlanıb

Aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin sayı açıqlanıb
# 07 oktyabr 2022 17:24 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 77,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Əmək və Əhalinin Sosial Müdafisəi nazirlyiindən APA-ya verilən xəbərə görə, onlardan 26,2 min şəxs münasib işlərlə təmin edilib, 12,8 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Agentlik tərəfindən bu ilin 9 ayında həmçinin 3,4 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

Qeyd olunan dövrdə 35,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib. Həmçinin 9 ay ərzində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə də işlər davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR