Alban-Udi xristian icmasının üzvləri Suqovuşana səfər ediblər - FOTO - YENİLƏNİB

Alban-Udi xristian icmasının üzvləri Suqovuşana səfər ediblər - FOTO  - YENİLƏNİB
# 26 iyun 2022 12:05 (UTC +04:00)

Alban - Udi Xristian Dini İcmasının üzvlərinin erməni işğalından azad Tərtərin Talış kəndində yerləşən məbədi də ziyarət ediblər.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, beşinci əsrə aid Albanlara aid tarixi məkanda dini ayin icra edilib, dualar oxunub.

***

11:22

Alban - Udi Xristian Dini İcmasının üzvlərinin erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə ziyarəti başlayıb.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, icma üzvləri Suqovuşan da yerləşən kilsəni ziyarət ediblər.

Səfər 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə təşkil olunub. Suqovuşanda V əsrə aid olan və ermənilərin bərpa edərək erməni kilsəsi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər. Kilsədə dini ayin icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR