Ali Məhkəmədə yeni şöbə yaradılıb

Ali Məhkəmədə yeni şöbə yaradılıb
# 18 yanvar 2022 12:18 (UTC +04:00)

“Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni yaradılmış şöbədə əməkdaşlar da işə cəlb edilib: “Həmin şöbədə işləyən hüquqşünaslar inzibati və mülki məcəllələrdə olan dəyişikliklər, qərarların ilkin variantını hazırlayıb hakimlərə təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa imkan yaradacaq və fəaliyyətin səmərəliliyini qat-qat artıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR