Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 118 faizdən, qəbul plan yerlərinin sayı 34 faizdən çox artıb

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 118 faizdən, qəbul plan yerlərinin sayı 34 faizdən çox artıb
# 09 iyun 2023 12:21 (UTC +04:00)

Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub.

“Dövlət sifarişli yerlərin sayı baxımından isə bu sahədə 30 faiz artım olub. İT sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR