Ali məktəblərdə rəhbər vəzifələrdə kişilər daha çox çalışır

Ali məktəblərdə rəhbər vəzifələrdə kişilər daha çox çalışır
# 24 dekabr 2021 16:03 (UTC +04:00)

2020-ci ildə Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən ali, orta ixtisas və ilk-peşə ixtisas təhsili müəssisələrinin işçiləri arasında qadınlar üstünlük təşkil edib. Rəhbər vəzifələrdə çalışanlar arasında kişilər üstünlük təşkil edib.

APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında qeyd edilib

Ötən il ali təhsil müəssisələrinin sayı 20, orada çalışan işçi sayı 18586 nəfər olub. Onlardan 11819-nu qadınlar təşkil edib. Bu təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışanların sayı 1311 olub ki, onların da 511-ni qadınlar təşkil edib. Həmin təhsil müəssisələrində müəlimlərin ümumi sayı 10019 olub ki, onlardan da 5852-si qadınlardan ibarətdir.

Ötən il Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin sayı 37, orada çalışan işçi sayı 6799 olub ki, onların da 4997-ni qadınlar təşkil edib. Həmin təhsil müəssisələrində rəhbər vəzifədə çalışanların sayı 325 olub ki, onlardan da 170 nəfəri qadın olub. Bu təhsil müəssisələrində çalışan müəllimlərin sayı 4362 nəfər olub ki, onların da 3336-nı qadınlar təşkil edib.

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili müəssisələrinin sayı 102, orada çalışan işçilərin sayı 4893 olub. Onların 2843-nü qadınlar təşkil edib. Həmin təhsil müəssisələrində rəhbər vəzifədə çalışanların sayı 1847 olub. Onlardan 879-nu qadınlar təşkil edib, Bu təhsil müəssisələrində çalışan müəllimlərin sayı 1456 olub ki, onların da 1057-ni qadınlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR