Ali məktəblərə qəbul olan subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə qəbul olan subbakalavrların sayı açıqlanıb
# 01 sentyabr 2022 12:22 (UTC +04:00)

"Bu il təxminən 4900 subbakalavr ali məktəbə qəbul olub".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

O qeyd edib ki, bu il subbakalavrların qəbul göstəricisi əvvəlki illə müqayisədə az olub:

"Keçən il bu rəqəm təxminən 5300 idi. Bu il qəbul göstəricisi nisbətən azdır. Amma ikinci yerləşdirmədə onların şansları yenə də var. Müvafiq ixtisasları seçərək müsabiqədə iştirak edə bilərlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR