Ali məktəblərə qəbul olmaq üçün ayrılan plan yerlərinin sayı açıqlanıb

Ali məktəblərə qəbul olmaq üçün ayrılan plan yerlərinin sayı açıqlanıb
# 16 avqust 2022 11:15 (UTC +04:00)

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötən il plan yeri 49998 idi:

Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”.

Məleykə Abbaszadə qeyd edib ki, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir:

"Ötən il bu rəqəm 83029 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR