Ali məktəblərə qəbul üçün ərizələrini təsdiqləyənlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 11 mart 2022 10:24 (UTC +04:00)

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizələrini təsdiq edənlərin sayı açıqlanıb.

APA-nın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, 11 mart saat 10:05-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 46656 abituriyent ərizəsini təsdiq edib. Onlardan 42747-si Azərbaycan, 3909-u isə rus bölməsi üzrə təhsil alanlardır.

I ixtisas qrupu üzrə 16374 (Azərbaycan bölməsi 15020, rus bölməsi 1354), II ixtisas qrupu üzrə 10068 (Azərbaycan bölməsi 9213, rus bölməsi 855), III ixtisas qrupu üzrə 10909 (Azərbaycan bölməsi 9969, rus bölməsi 940), IV ixtisas qrupu üzrə 2779 (Azərbaycan bölməsi 2393, rus bölməsi 386), V ixtisas qrupu üzrə 34728 (Azərbaycan bölməsi 32276, rus bölməsi 2452), kolleclərə 35775 (Azərbaycan bölməsi 33874, rus bölməsi 1901) nəfər sənəd verib.

"Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında (1-ci cəhd) iştirak edəcək abituriyentlərin sayı 3691, 2021-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 218 nəfərdir.

Eyni zamanda 2021-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı 161 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR