Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb
# 16 may 2022 11:12 (UTC +04:00)

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların ərizə qəbulu davam edir.

APA Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 11:00-dək 7039 subbakalavr ərizə verib.

Onlardan 5391-nin ərizəsi artıq təsdiq olunub.

Qeyd edək ki, ərizə qəbulu iyulun 1-dək davam edəcək. Ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 27 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də göstərilən tarixədək verilən linkdə (https://eservices.dim.gov.az/erizebak/subbak/) qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR