Ali məktəblərə qəbul olunanların 89 faizi qeydiyyatdan keçib

Ali məktəblərə qəbul olunanların 89 faizi qeydiyyatdan keçib
# 23 avqust 2019 17:14 (UTC +04:00)

Avqustun 23-ü saat 17.00-a olan məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olunanların 89%-i, (o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97%-i) qeydiyyatdan keçiblər.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı bu gün başlayıb və sentyabrın 2-də bitəcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR