Altı ölkədən diri quşların Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı

© APA | Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı

# 28 dekabr 2021 15:17 (UTC +04:00)

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Kanadanın Alberta əyalətinin Ponoka rayonunda süngərvari ensefalopatiya, Fələstinin Qəza əyalətində dabaq, Danimarkanın Midtilənd bölgəsində, Polşanın Kuyavsk-Pomorsk inzibati ərazisində, Niderlandın Overeysel əyalətində, İngiltərənin Cənub-Şərqi İngiltərə regionunda və Şimali İrlandiyanın Armah, Banbridc-Kraiqavan dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Kanadanın Alberta əyalətinin Ponoka rayonundan bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, Fələstinin Qəza əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Danimarkanın Midtilənd bölgəsindən, Polşanın Kuyavsk-Pomorsk inzibati ərazisindən, Niderlandın Overeysel əyalətindən, İngiltərənin Cənub-Şərqi İngiltərə regionundan və Şimali İrlandiyanın Armah, Banbridc-Kraiqavan dairəsindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Kanadadan, Fələstin Dövlətindən, Danimarka Krallığından, Polşadan, Niderlanddan, İngiltərədən və Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR