AMEA: 30-35 ildən bir Xəzərin səviyyəsi ya qalxır, ya düşür

AMEA: 30-35 ildən bir Xəzərin səviyyəsi ya qalxır, ya düşür
# 05 iyul 2022 15:22 (UTC +04:00)

“Hər 30-35 ildən bir Xəzər dənizinin səviyyəsi ya qalxır, ya düşür”.

APA xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun dosenti Həsən Nəbiyev "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, problemin həllinə kompleks şəkildə yanaşılmalıdır:

“Bunun da səbəbini təkcə iqlim dəyişikliyinin üzərinə atmaq lazım deyil. Məsələn, tədqiqatlar göstərir ki, Günəş aktivliyinin zəifləməsi Xəzərin səviyyəsinin qalxması ilə üst-üstə düşür. Hesab edirəm ki, biz bu amillərə kompleks şəkildə yanaşmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR