AMEA-da Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə şurası yaradılıb

AMEA-da Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə şurası yaradılıb
# 17 yanvar 2023 17:35 (UTC +04:00)

AMEA-da və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı tədqiqatlar üzrə Əlaqələndirmə şurası yaradılıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı bildirilib. Eyni zamanda 2023-cü il üzrə AMEA-da aparılacaq elmi tədqiqat işlərinin əhatəli planı, eləcə də 2023-cü ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfransların planı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR