AMEA-da Tədqiqat Universitetinin yaradılması təklif edilib

AMEA-da Tədqiqat Universitetinin yaradılması təklif edilib
# 27 aprel 2022 13:12 (UTC +04:00)

AMEA-da Tədqiqat Universitetinin yaradılması təklif edilib.

APA xəbər verir ki, bu təkliflə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Ümumi yığıncaqda çıxış edib.

O bildirib ki, buna ehtiyac var və belə bir universitet elm və təhsilin inteqrasiyasına ciddi fayda verəcək. Müasir dövrün qlobal çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yaranıb. Bu bilik sahələrinin və ixtisasların əksəriyyəti riyaziyyatın, informatikanın geniş tətbiqi ilə xarakterizə olunurlar.

“Xaricdə təhsil üzrə dövlət proqramında bu yeni ixtisaslara xüsusi diqqət verilməli, AMEA və Təhsil Nazirliyi bu istiqamətdə birgə fəaliyyət göstərməlidir. AMEA-da lazımi potensialın (maddi, kadr və s.) mövcud olduğunu nəzərə alaraq, ali təhsil müəssisəsinin təşkili məqsədəuyğun olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR