AMEA İşlər idarəsində yeni şöbələr yaradılıb

AMEA

© APA | AMEA

# 05 yanvar 2022 12:11 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının sosial-məişət məsələlərinin həlli, onlara sosial xidmətlər göstərilməsi sahəsində mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizminin yaradılması, eyni zamanda bu sahədə vahid mərkəzdən koordinasiyanın təmin edilməsi məqsədilə Akademiyanın İşlər İdarəsinin strukturunda Sosial xidmətlər şöbəsi yaradılıb.

APA-nın xəbərinə görə, Bu barədə AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin 2021-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabat iclasında bildirilib.

Həmçinin AMEA-da çalışan əməkdaşların təhlükəsizliyini təmin etmək, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi, baş verə biləcək təbii xarakterli, texnogen və s. mənşəli fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı ehtimal olunan ziyan və itkilərin həcminin maksimum azaldılması, onların nəticələrinin aradan qaldırılması təxirəsalınmaz mühüm vəzifələrin icrası məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər idarəsinin strukturunda Mülki müdafiə şöbəsi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR