Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müvəqqəti direktor təyin olunub

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müvəqqəti direktor təyin olunub
# 02 iyun 2023 13:18 (UTC +04:00)

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru vəzifələrini icra edən təyin olunub.

AMEA-dan APA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən yığıncaqda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevi institutun Elmi şurasına təqdim edib.

Fərhad Quliyev bundan əvvəl AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasına rəhbərlik edib, Elmi fond və ekspozisiya şöbəsinin müdiri vəzifəsində işləyib.

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycan arxeoloqlarının Yaponiya və Koreya birgə ekspedisiyalarına rəhbərlik edib, Türkiyə arxeoloqları ilə ortaq tədqiqatlar aparıb. Göytəpə neolit arxeoloji abidəsinin üzə çıxarılması və tədqiqində onun mühüm elmi nailiyyətləri var.

Xarici ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda Azərbaycan arxeologiyasına aid məqalələri çap olunub. Ölkəmizdə 2 və xaricdə 2 kitabı nəşr edilib.

Təqdimetmə mərasimində institutun əməkdaşlarından professor Hidayət Cəfərov, professor Qafar Cəbiyev, professor Əsədulla Cəfərov və başqaları çıxış ediblər.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR