AMEA-nın elmi-tədqiqat institutlarında struktur islahatları aparılıb

AMEA-nın elmi-tədqiqat institutlarında struktur islahatları aparılıb
# 17 yanvar 2023 16:32 (UTC +04:00)

AMEA-nın Rəyasət Heyətinin yanvarın 16-da keçirilən iclasında ayrı-ayrı elmi-tədqiqat institutlarında paralellik təşkil edən, yaxud ayrılıqda fəaliyyət göstərməsinə zərurət olmayan elmi şöbələr və sektorların işinə yenidən baxılması məsələsi müzakirə edilib.

APA-nın məlumatına görə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu məqsədlə elmi-tədqiqat institutlarında struktur islahatlarının aparılmasının zəruriliyindən və əhəmiyyətindən danışıb.

Rəyasət Heyətinin iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun ləğv edilərək Ədəbiyyat nəzəriyyəsi şöbəsinə birləşdirilməsi barədə qərar qəbul edilib. Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə fəaliyyət istiqamətləri eyni olduğu üçün Folklor İnstitutundakı Musiqi folkloru şöbəsi ləğv edilərək, Memarlıq və İncəsənət İnstitutundakı Xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin bazasında Musiqi folkloru adlı yeni şöbə yaradılıb.

Eyni zamanda Akademiyada Albanşünaslıq üzrə tədqiqatların vahid mərkəzdən və sistemli şəkildə tədqiq olunmasını təmin etmək məqsədi ilə Memarlıq və İncəsənət İnstitutunun Alban memarlığı və incəsənəti şöbəsi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin tərkibinə keçirilib.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR