AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsi üzrə seçkilər başlayıb

 AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsi üzrə seçkilər başlayıb
# 11 sentyabr 2019 12:35 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrində AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsi üzrə seçkilər başlayıb.

Bu barədə APA-ya AMEA-nın akademik-katibi, Elm və təhsil baş idarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.

Onun sözlərinə görə, artıq AMEA-nın Kimya və Yer elmləri bölmələri üzrə seçki keçirilib.

AMEA bölmələrində seçkilər sentyabrın 16-dək davam edəcək.

Daha sonra seçkinin nəticələri AMEA Rəyasət Heyətinə təqdim olunacaq. Sentyabrın 25-də AMEA Rəyasət Heyəti Akademiyanın elmi-tədqiqat institutlarına direktor seçkilərinin nəticələrini açıqlayacaq.

Qeyd edək ki, AMEA-nın elm-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün sənədlərin qəbulu iyunun 11-dən iyulun 11-dək davam edib.

AMEA-nın 17 qurumunda direktor vəzifəsinə namizədlərin hamısı hazırda həmin qurumların direktorudurlar.

Namizədliyini irəli sürmüş şəxslərin siyahısını təqdim edirik:

Elmi müəssisənin adı

Namizədin soyadı, adı, atasının adı

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

Fizika İnstitutu

Akademik

Məmmədov Nazim Timur oğlu

İdarəetmə Sistemləri İnstitutu

Akademik

Əliyev Telman Abbas oğlu

Riyaziyyat və Mexanika

İnstitutu

AMEA-nın müxbir üzvü

Mərdanov Misir Cumayıl oğlu

İnformasiya Texnologiyaları İnstitutu

Akademik

Əliquliyev Rasim

Məhəmməd oğlu

Biofizika İnstitutu

AMEA-nın müxbir üzvü

Qasımov Oktay Kazım oğlu

Kimya Elmləri Bölməsi

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Akademik

Tağıyev Dilqəm Bəbir oğlu

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu

Akademik

Fərzəliyev Vaqif Məcid oğlu

Yer Elmləri Bölməsi

Geologiya və Geofizika

İnstitutu

Akademik

Əlizadə Akif Ağa Mehdi oğlu

Biologiya və Tibb Elmləri Bölməsi

Akademik A.Qarayev adına Fiziologiya İnstitutu

Biologiya elmləri doktoru

Həşimova Ulduz Fayızı qızı

Mərkəzi Nəbatat Bağı

Biologiya elmləri

doktoru, dosent

Fərzəliyev Vahid Sabir oğlu

Humanitar Elmlər Bölməsi

Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu

Akademik

Həbibbəyli İsa Əkbər oğlu

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Akademik

Kərimli Teymur Həşim oğlu

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Akademik

Hüseynov Rafael Baba oğlu

Hüseyn Cavidin Ev Muzeyi

Filologiya elmləri doktoru Babaxanlı Gülbəniz İbrahim qızı

İctimai Elmlər Bölməsi

Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Akademik

Baxşəliyeva Gövhər Baxşəli qızı

Fəlsəfə İnstitutu

Fəlsəfə elmləri doktoru Məmmədzadə İlham Ramiz oğlu

Milli Azərbaycan Tarixi

Muzeyi

Akademik

Vəlixanlı Nailə Məmmədəli qızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR