AMEA-nın iki İnstitutunun Elmi şurasının tərkibi dəyişib

AMEA

© APA | AMEA

# 21 iyul 2022 10:21 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, tədbirdə fizika üzrə fəlsəfə doktoru, dosent Pakizə İsmayılovanın AMEA-nın Fizika İnstitutunun Kristallofizika laboratoriyasının rəhbəri və kimya elmləri doktoru Xəqani Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş meneceri vəzifələrinə təyin edilmələri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri vəzifələrinə seçkilərin nəticələri, eləcə də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının yeni tərkibi və RPİ-nin Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi barədə qərarlar qəbul edilib.

Bundan başqa, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri, Radiasiya Problemləri və Biofizika institutlarının əməkdaşlarının attestasiyasının nəticələri müzakirə olunaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsinə dair qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR