AMEA-nın İnstitut direktoru özünü öldürməklə hədələyib

AMEA-nın İnstitut direktoru özünü öldürməklə hədələyib
# 03 iyun 2022 14:55 (UTC +04:00)

“Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun”.

APA xəbər verir ki, bunu "TEKNOFEST Azərbaycan" festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclasında AMEA Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov deyib.

O, AMEA rəhbərliyi ilə görüşə bilmədiyini qeyd edib: “Necə olur ki, Hüquq şöbəsinin müdiri geniş ictimaiyyətə açıqlama verərək, Vaqif Abbasova cinayət işi açıldığını deyir və bundan AMEA prezidentinin xəbəri olmur.

İnstitutun 552 əməkdaşı var, 11 ildə instituta 48 milyon pul ayrılır. Onun 36 milyonu əməkhaqqıdır, onun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun.

Digər tərəfdən, guya üç il əvvəl başqa bur institut üçün cihaz alınıb və bizim instituta təqdim olunub. 2017, 2018, 2019-cu illərdə Neft-Kimya Prosesləri İnstitutuna bir dənə də unikal cihaz alınmayıb. Mənim institutum üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm”.

Akademik vurğulayıb ki, AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub: “Həmin şəxs Heydər Hüseynov olub, mən ikincisi olaram. Mənə qara yaxmayın! İnstituta düşmən olmayın!

Sizdən xahiş edirəm, institut direktorlarının iştirakı ilə Rəyasət Heyətinin iclaslarını təmin edin. Rəyasət Heyətinin iclası qapalı olmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR