AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib
# 30 sentyabr 2022 18:07 (UTC +04:00)

Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan birinci məsələ ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlər haqqında olub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvləri bildiriblər ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub.

Ölkə başçısının Sərəncamının icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-da Komissiya yaradılıb və Akademiyanın geniş tədbirlər planının hazırlanması qərara alınıb.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında olub. Rəyasət Heyəti tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin 2023-cü il fevralın 25-dək nəşrə hazırlanması və məcmuədə AMEA-da və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, həyata keçirilmiş əsas elmi-təşkilati işlər, AMEA-nın fəaliyyətinin digər aspektləri və göstəriciləri haqqında ətraflı məlumatların daxil edilməsi barədə qərar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR