AMEA-nın yeni prioritetləri müəyyənləşdiriləcək

# 29 iyul 2022 12:57 (UTC +04:00)

“Strukturda istənilən dəyişiklik ümumi məqsədə - optimallaşmaya və səmərəliliyin artırılmasına xidmət edəcək”.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə artıq Rəyasət Heyətində müəyyən addımlar atılıb, bir çox institutlarda attestasiyalar keçirilib.

“Bu işlər davam etdiriləcək. Strukturun daha optimal vəziyyətə gəlməsi üçün var gücümüzü sərf edəcəyik”, - Dilqəm Tağıyev qeyd edib.

Akademik AMEA-nın fəaliyyətində baş verəcək dəyişikliklərdən də söz açıb: “Bir daha AMEA-nın elmi istiqamətlərinə baxılacaq, yeni prioritetlər müəyyənləşdiriləcək, adambaşına düşən elmi məhsuldarlıq yüksəldiləcək. Ali təhsil müəssisələri ilə inteqrasiya daha da gücləndiriləcək və alimlərin ali təhsil prosesində iştirakı daha da genişlənəcək. AMEA-ya gələn gənc mütəxəssislər daha peşəkar mütəxəssislər olacaq. Bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb və bu işlər davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR