AMEA: "Qanlı göl" ətrafında xarici ölkələrdən gətirilən yox, yerli bitkilər əkilməlidir

AMEA: "Qanlı göl" ətrafında xarici ölkələrdən gətirilən yox, yerli bitkilər əkilməlidir
# 02 fevral 2023 13:03 (UTC +04:00)

"Qanlı göl" ətrafındakı parkda Azərbaycanda yetişdirilən, iqlimə uyğunlaşmış bitkilər əkmək lazımdır.

APA xəbər verir ki, bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Yusif Zeynalov deyib.

O, göl ətrafında xarici ölkələrdən gətirilən yox, yerli bitkilərin əkilməyini təklif edib:

"Həmişə çalışırıq ki, xaricdən bitki gətirək. Bu da bizim bəlamızdır. Xaricdən gətirilən bitkilərlə bərabər xəstəliklər də gəlir. Nəticədə bu gün şam ağaclarının quruduğunu görürük. Buna görə, "Qanlı göl" ətrafındakı parkda yerli iqlimə uyğunlaşmış bitkilərin, şam ağaclarının əkilməsi önəmlidir".

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR