AMEA: Şəkidə Xaçvari kilsə və Zəyzid qalası dağılma təhlükəsi ilə üz-üzədir

AMEA: Şəkidə Xaçvari kilsə və Zəyzid qalası dağılma təhlükəsi ilə üz-üzədir
# 03 noyabr 2022 15:05 (UTC +04:00)

AMEA-nın Tarix İnstitutun Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşları ölkənin şimal-qərb regionunda elmi ezamiyyətdə olublar.

AMEA-dan APA-ya verilən xəbərə görə, mütəxəssislər Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazisində mövcud olan qədim qəbiristanlıq ərazisi (qədim alban qəbiristanlığı olduğu deyilir) ilə tanış olublar.

Bildirilib ki, bu abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbiristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.

Daha sonra ezamiyyətdə olan qrup Baş Küngüt məbədi, Baş Küngüt qalası və qala divarları ilə tanış olublar. Qrupun rəhbəri Ellada Bəkirova bildirib ki, bu abidələrin də qorunma vəziyyəti heç də ürəkaçan deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR