AMEA Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı təkliflər verib

# 16 yanvar 2023 15:45 (UTC +04:00)

AMEA Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə əlaqədar olaraq keçiriləcək tədbirlərlə bağlı təkliflərini Nazirlər Kabineti və Mədəniyyət Nazirliyinə təqdim edəcək.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Humanitar və İctimai Elmlər bölmələrinin illik hesabatlarına həsr olunmuş iclasda deyib.

Göndəriləcək təkliflərlə bağlı səsvermə keçirilib və qərar yekdilliklə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR