AMEA: Yeni strukturla işçilərin say həddi əvvəlkinin 1/3-i qədərdir

AMEA: Yeni strukturla işçilərin say həddi əvvəlkinin 1/3-i qədərdir
# 04 oktyabr 2022 10:48 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir.

Bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni Nizamnamənin təsdiq edilməsi üçün Ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin Rəyasət Heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İsa Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR