Amerikalı tədqiqatçı: “Yeni növ koronavirusun ABŞ-dakı laboratoriyalarda hazırlanması ehtimalı var”

Kolumbiya Universitetinin professoru Jeffrey Sachs

© APA | Kolumbiya Universitetinin professoru Jeffrey Sachs

# 17 iyun 2022 10:24 (UTC +04:00)

Yeni növ koronavirusun (COVID-19) ABŞ-dakı laboratoriyalarda hazırlanması ehtimalı var.

APA xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Kolumbiya Universitetinin professoru Jeffrey Sachs bildirib.

Kolumbiya Universitetinin professoru çıxışında ilk dövrlər yeni növ koronavirusun təbii yolla ortaya çıxdığını düşündüyünü bildirib. Ancaq tədqiqatçı pandemiyanın sonunda bu virusun ABŞ-dakı laboratoriyadan sızma ehtimalının da ola biləcəyi qənaətinə gəlib.

“ABŞ və Çin indiyə qədər bu virusun mənşəyi ilə bağlı şəffaf olmayıb”, - professor vurğulayıb.

Jeffrey Sachs Ümumdünya Səhiyyə Fondunun yaradılmasını da vacib sayıb: “Kasıb ölkələrin səhiyyə sistemlərini gücləndirməsi imkanları yoxdur. Bu sahədə onlara kömək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR