ANAMA: Azad edilmiş ərazilərdə daha 121 mina aşkarlanıb

ANAMA: Azad edilmiş ərazilərdə daha 121 mina aşkarlanıb
# 18 iyul 2022 14:58 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, iyulun 11-dən 16-na qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 111 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 849,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR