ANAMA: Ermənistanın təqdim etdiyi xəritələrdə yalnız keçmiş təmas xəttindəki mina sahələri var

ANAMA: Ermənistanın təqdim etdiyi xəritələrdə yalnız keçmiş təmas xəttindəki mina sahələri var
# 18 yanvar 2022 12:20 (UTC +04:00)

“Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri özündə yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini əks etdirir”.

APA-nın məlumatına görə, bunu işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

S. Poladov bildirib ki, keçmiş təmas xəttindən kənarda quraşdırılmış minaların xəritələri yoxdur, təmas xəttindən kənarda quraşdırılmış minalar Ermənistanın təqdim etdiyi mina xəritələrində əksini tapmayıb: “Mina problemi, sıx minalanma məhz keçmiş təmas xəttində olub. Şuşa və Ağdam şəhərləri də o keçmiş təmas xəttindən çox uzaq məsafədə yerləşir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR