ƏƏSMN: Özəl pensiya fondlarının yaradılması ilə bağlı işlərin birinci mərhələsi başa çatıb

ƏƏSMN: Özəl pensiya fondlarının yaradılması ilə bağlı işlərin birinci mərhələsi başa çatıb
# 02 iyun 2023 11:38 (UTC +04:00)

Özəl pensiya fondlarının yaradılması istiqamətində ilkin layihələr var.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O deyib ki, vətəndaşlarımız buna ehtiyac duyursa və sığorta şirkətləri bunda maraqlıdırsa, bunun üçün imkan yaradılacaq:

"Çalışacağıq ki, vətəndaşlarmıza müxtəlif çeşidli məhsullar verək. Təkliflə ehtiyac arasında körpü rolunu oynayacağıq. Artıq bu sahədə işlərin birinci mərhələsi başa çatıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR