Anasını və qardaşını yandıran şəxsə hökm oxunub 

Anasını və qardaşını yandıran şəxsə hökm oxunub 
# 18 sentyabr 2019 12:35 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Kolosov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 22-də Bakının Xəzər rayonunda Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. İyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətlərindən ölüb. Araşdırmalar zamanı məlum olub ki, ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç həmin şəxslər yatarkən evin hər yerinə benzin tökərək od vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR