Anım Günü ilə bağlı məktəblərdə tədbirlər keçiriləcək

Anım Günü ilə bağlı məktəblərdə tədbirlər keçiriləcək
# 26 sentyabr 2022 15:03 (UTC +04:00)

Təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək.

"Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır. Eləcə də, məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur", məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR