Anım Günü ilə əlaqədar 1000-dən artıq ağac əkilib

Anım Günü ilə əlaqədar 1000-dən artıq ağac əkilib
# 27 sentyabr 2022 12:24 (UTC +04:00)

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirliyin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ANAMA əməkdaşlarının, şəhid ailələrinin, müharibə iştirakçılarının, hərbçilərin iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Şəhidlərimizin əziz xatirəsi bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb və hər bölgənin iqlim şəraitinə uyğun ETSN-in tinglik sahələrində yetişdirilən tinglər əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR