Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilib

Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilib
# 17 iyul 2019 15:34 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində şəhidlərin uşaqları üçün yay düşərgəsinin təşkili layihəsini həyata keçirir.

Nazirlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəssində Aprel şəhidlərinin uşaqlarından (23 nəfər), eləcə də azyaşlı olanların valideynlərindən (7 nəfər) ibarət 30 nəfər üçün İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində yay düşərgəsi təşkil edilib.

İyulun 17-dən 26-dək keçiriləcək yay düşərgəsinin təşkilində məqsəd həmin uşaqların yay tətilini daha maraqlı və yaddaqalan, səmərəli keçirmələrinə şərait yaratmaqdır.

İstirahət müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, viktorinalar təşkil ediləcək. Onlar üçün həmin bölgənin mədəni-tarixi yerlərinə ekskursiyaların, intellektual yarışların və s. keçirilməsi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR