AQTA: Sertifikatların qarşı tərəfə elektron formada ötürülməsinə imkan yaranacaq

AQTA: Sertifikatların qarşı tərəfə elektron formada ötürülməsinə imkan yaranacaq
# 24 may 2022 10:41 (UTC +04:00)

Gələcəkdə idxal-ixrac əməliyyatları ilə bağlı AQTİS sisteminin xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, inteqrasiya işləri yekunlaşdıqdan sonra sertifikatların qarşı tərəfə birbaşa elektron formada ötürülməsinə imkan yaranacaq ki, bununla da proseslərin daha da surətlənməsi təmin olunacaq.

"Ümumillikdə fitosanitar nəzarət sahəsində rəqəmsal idarəçilik, innovativ həllərin tətbiqi, idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması effektiv idarəetmənin daha da təkmilləşdirilməsinə vətəndaş məmnunluğunun, şəffaflığın və ümumi keyfiyyətin və səmərəliliyinin daha da artırılmasına xidmət edəcək",- deyə Qoşqar Təhməzli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR