AQTA Xaçmazda reyd keçirib - FOTO

AQTA Xaçmazda reyd keçirib - FOTO
  • Clock-gray 14:56
  • calendar-gray 23 Sentyabr 2019

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq məqsədilə Xaçmaz rayonu ərazisində reyd keçirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli şöbəsinin əməkdaşlarının da qatıldığı reyddə Xaçmaz-Xudat yolunun kənarında qanunsuz fəaliyyət göstərən 10-na qədər heyvan kəsimi məntəqələrinin dirək və qarmaqları kəsilib.

Reyd zamanı AQTA-nın yerli bölməsinin əməkdaşları qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və standartlara uyğun müasir heyvan kəsimi və ət satışının məntəqələrinin yaratmaq üçün metodiki köməkliyin göstərilməsi üçün agentliyə müraciət etməyə çağırıb.

Vəli Turan

Digər xəbərlər

Arxiv

date