“Araz” supermarketlər şəbəkəsinin əməkdaşları Qarabağda ağac əkiblər

“Araz” supermarketlər şəbəkəsinin əməkdaşları Qarabağda ağac əkiblər
# 25 aprel 2022 12:16 (UTC +04:00)

44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbə xalqımızın və dövlətimizin siyasi-iqtisadi həyatında yeni mərhələnin başlanğıcı oldu.

APA xəbər verir ki, Qarabağın yenidən qurulması, çiçəklənməsi bu gün cəmiyyətimizin qarşısında duran prioritet sahələrdən biridir.
Bu prosesə əlimizdən gəldiyi qədər dəstək olmaqsa hər birimizin vətəndaşlıq borcudur. Korporativ sosial məsuliyyətini dərk edən və bu sahədə addımlar atan “Araz” supermarketlər şəbəkəsi yenə maraqlı təşəbbüslə yadda qalıb. Bu dəfə Ağdama yola düşən şəbəkənin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər.

Layihə çərçivəsində Ağdam Sənaye parkının ərazisində sərv və zeytun ağacları əkilib. Yeni ağac tinglərinə qulluq edən iştirakçılar yerə xatirə lövhəsi basdırıblar.
Daha sonra Şəhidlər xiyabanı, Ağdam Cümə məscidi, Şahbulaq qalası ziyarət edilib. Faydalı keçən səfər maraqlı anlarla yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR