Arif Həşimov: “AMEA-nın yeni Nizamnaməsinin ayın sonuna kimi yekunlaşması gözlənilir”

Arif Həşimov

© APA | Arif Həşimov

# 15 sentyabr 2022 11:44 (UTC +04:00)

“AMEA-nın yeni Nizamnaməsinin bu ayın sonuna kimi yekunlaşması gözlənilir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib.

O bildirib ki, hazırda yeni Nizamnamənin hazırlanması istiqamətində işlər aparılır:

“Nizamnamə hazır olduqdan sonra AMEA-nın ümumi yığıncağında müzakirə olunacaq”.

Arif Həşimov Elm və Təhsil Nazirliyinin tabeliyinə keçən İnstitutların da təhvil-təslim prosesinin davam etdiyini qeyd edib.

“İşlər planlı və mərhələli şəkildə həyata keçirilir”, - o əlavə edib.

Qeyd edək ki, bu ilin iyulun 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra İnstitutları və elmi müəssisə və təşkilatları bu Nazirliyin tabeliyinə verilib. O cümlədən 3 muzey Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR